Axtarış...

Prezident onu “Dostluq” ordeni ilə təltif etdi



Prezident İlham Əliyev Maqomedali Maqomedoviç Maqomedovun “Dostluq” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncam AZƏRTAC-da dərc olunub.

Sərəncama əsasən, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası, həmçinin, Azərbaycan və Dağıstan xalqları arasında dostluq, əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə Maqomedali Maqomedoviç Maqomedov “Dostluq” ordeni ilə təltif edilib.



Şərh yaz