Axtarış...

Kamran Əliyevdən sərt karantin günlərində avtomobil idarə etməklə bağlı AÇIQLAMA



“Etibarnamə ilə avtomobil idarə edən şəxslər sərt karantin günlərində həmin nəqliyyat vasitəsindən istifadə edə bilərlər”.

Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.
O bildirib ki, qanunvericiliyə görə, etibarnamə ilə nəqliyyat vasitəsini idarə etməyə icazə verilir:
“Həmin şəxs idarə etdiyi avtomobili icaze-e.gov.az saytında qeydiyyatdan keçirməlidir. Adına avtomobil olan, lakin sürücülük vəsiqəsi olmayan şəxs maşını idarə edə bilməz. Belə bir fakt aşkarlanarsa, bu, karantin qaydalarının pozulması hesab ediləcək”.



Şərh yaz