Axtarış...

Hansı halda tullantıları atmağa icazə var? - RƏSMİ



“Yalnız yaşadığı binanın blokuna yaxın ərazidə zibil qutuları olan şəxslər məişət tullantılarını atmaq üçün yaşayış yerini tərk edə bilər”.

Millitv.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib.

Onun sözlərinə görə, zibil qutuları yaşayış yerindən 200-300 metr aralıdadırsa, bu halda vətəndaşın zibil atmaq üçün yaşayış yerini tərk etməsinə icazə verilmir:

“İcazə yalnız yaşayış yerinə yaxın məsafədə zibil qutuları varsa, keçərlidir. Müddət uzun deyil, iki gündür. Həmin zibilləri evdə qapalı qabda saxlamaq olar. Bu üsuldan sui-istifadə etmək lazım deyil. Əks təqdirdə həmin şəxslər məsuliyyətə cəlb ediləcəklər”.


Daha çox xəbər

Şərh yaz