Axtarış...

Çində ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb

Çində ötən sutka ərzində koronavirusdan ölüm halı qeydə alınmayıb

Çində ötən sutka ərzində 7 nəfərdə yeni növ koronavirusun aktiv forması aşkarlanıb.

Trend-in "İnterfaks"a istinadən verdiyi məlumata görə, yeni yoluxma hallarından 6-sı xaricdən gələn vətəndaşlarda, 1-i isə ölkəd daxilində, Pekində qeydə alınıb.

Bildirilir ki, ötən sutka ərzində 1nəfərdə simptomsuz koronavirus aşkarlanıb. Simptomsuz koronavirus daşıyıcıları həkimlərin nəzarəti altında saxlanılır.

Qeyd edilir ki, son sutka ərzində Çində koronavirusdan ölüm halı qeydə alınmayıb. Ümumilikdə ölkədə koronavirusa yoluxanların sayı 83 064 nəfərə çatıb, ölənlərin sayı isə 4 634 nəfər səviyyəsində qalıb.



Şərh yaz