Axtarış...

SON DƏQİQƏ: Xalq artisti Teymur Mustafayev vəfat etdi



Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Millitv.az xəbər verir ki, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Ağaxan oğlu Mustafayev iyunun 11-də, ömrünün 81-ci ilində vəfat edib.

Mədəniyyət Nazirliyi xəbəri təsdiqləyib.

Qeyd edək ki, Teymur Mustafayev 1939-cu il aprelin 10-da Cəlilabadda anadan olub. O, əmək fəaliyyətinə 1959-cu ildə başlayıb. 60 il ərzində Azərbaycan Dövlət Filarmoniyasında, “Azkonsert” Birliyində, Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində müğənni kimi öz sənəti ilə xalqa xidmət edib. Tanınmış sənətkarlarımızın ifaçılıq ənənələrini ləyaqətlə qoruyub yaşadan Teymur Mustafayev eyni zamanda, özünəməxsus ifa üslubu ilə milli musiqi sənətimizi daha da inkişaf etdirib.

Görkəmli sənətkar 1982-ci ildə milli mədəniyyətimizin inkişafında uğurlarına görə Əməkdar artist, 2005-ci ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb. O, Prezident təqaüdçüsü idi.

Allah rəhmət eləsin!



Şərh yaz