Axtarış...

Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR - Hesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət etdi

Vüqar Səfərlinin həbsinə TƏDARÜK GEDİR - Hesablama Palatası KİVDF ilə bağlı Baş Prokurorluğa müraciət etdi


Hesablama Palatasının kollegiyası Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fonduna (KİVDF) büdcədən ayrılan vəsaitlərin icrasına dair maliyyə və uyğunluq auditinin nəticələri barədə Auditor hesabatını müzakirə edib.

Palatadan "Report"a bildirilib ki, auditlə vəzifəli şəxslər tərəfindən dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə əməl edilməməsi, vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi, tikinti norma və qaydalarının pozulması, kütləvi informasiya vasitələrinə yardımların qanunvericiliyin tələblərinin pozulması ilə verilməsi və digər hallar üzrə aşkar edilmiş nöqsanlarla bağlı materialların "Hesablama Palatası haqqında" Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi qərara alınıb.


Daha çox xəbər

Şərh yaz