Axtarış...

“Qazaxın icra başçısı söz verir, amma torpaq vermir…” – “Torpaq sahələri 1 sotu 800 manata açıq satışdadır”



Prezident İlham Əliyevə qarşılaşdığı haqsızlıqlarla bağlı məktub ünvanlayan və onun bir nüsxəsini də “AzPolitika.info”-ya göndərən Qazax rayonu sakini Eyyubov Qənbər Səlim oğlu rayonun icra başçısı Rəcəb Babaşovdan şikayətçidir.

Q.Eyyubov məktubunda bildirir ki, veteran döyüşçüdür. Lakin uğrunda döyüşdüyü torpaqlardan ona bir pay torpaq verən yoxdur: “Bu torpaqları qoruyan veteran döyuşçü olsam da, Rəcəb Babaşovdan ev tikintisi üçün 1 pay torpaq sahəsi ala bilmirəm. Özüm sərbəst güləş üzrə 1-ci dərəcəli idman ustasıyam. 1993-cü ildə Ulu Öndər Heydər Əliyev Allahşükür Paşazadəylə birgə yaxşı döyüşçü olduğuma görə, mənə Azərbaycan Silahlı Qüvvələrənin yaranma günü münasibətilə pul mükafatı təqdim etmişdi. Lakin indi mən qoruduğum dövlətin torpağından 1 pay torpaq ala bilmirəm.”

Şikayətçi bildirir ki, Qazaxda ev tikintisi üçün torpaqlar açış satışa çıxarılıb. Lakin icra başçısının qəbulunda olan veteran döyüşçüyə torpaq veriləcəyi vəd olunsa da, bu vədlərə əməl olunmayıb: “Qazaxda torpaq sahələri 1 sotu 800 manata açıq satışdadır. Vəzifəlilər hamısı 20 – 50 sot torpaq alıblar. Ancaq əhalinin kasıb təbəqəsi övladlarını evləndirmək üçün torpaq alıb ev tikə bilmirlər. Evləndirəsi iki oğlum var. Mən nə etməliyəm? Mənə bir yol göstərin!

Cənab Prezident, mən Sizin əsgərinizəm! Sabah döyüş başlasa, yenə gedəcəyəm döyüşə. Dəfələrlə Qazaxın İcra başçısı Rəcəb Babaşovun qəbulunda olmuşam. Söz versə də, torpaq verməyib. Xahiş edirəm, mənə 1 pay torpaq verilsin. Buna mənim haqqım çatır, çünki bu torpağı əlimdə silah mən qorumuşam.”

Qazax rayon İcra Hakimiyyətinin də mövqeyini dərc etməyə hazırıq.


Daha çox xəbər

Şərh yaz