Axtarış...

Şirkətləri iflas edən qardaşlar bir-birinə silahlı hücum etdi: Ölən və yaralanan var



Türkiyədə şirkətləri iflas edən qardaşlar bir-birinə silahlı hücum edib.

Sondakika.com xəbər verir ki, hadisə İstanbulun Arnavutköy rayonunda baş verib.

Birlikdə işlətdikləri inşaat şirkəti iflas edən Rıfat, Salman, Eren və Mahir Cahangir qardaşları bununla bağlı söhbət etmək üçün bir araya gəliblər.

Onların arasında mühasibat məsələləri ilə bağlı mübahisə yaranıb. Bu zaman Mahir Cahangir Rıfatı Cahangiri bıçaqlayaraq öldürüb. Salman Cahangir də Mahir Cahangiri tapança ilə vuraraq yaralayıb. Bundan sonra S.Cahangir E.Cahangirlə birgə yaralı qardaşını xəstəxanaya aparıb.

S.Cahangir polis nəzarətinə götürülüb.

Faktla bağlı araşdırmalara başlanılıb.


Daha çox xəbər

Şərh yaz