Axtarış...

Dövlət Gömrük Komitəsində qanunlar necə TAPDANIR... - Sədr dəyişməyənə qədər...

Dövlət Gömrük Komitəsində qanunlar necə TAPDANIR... - Sədr dəyişməyənə qədər...


Son günlər Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin rəhbərliyi altında gömrük sistemində cərəyan edən qanun pozuntuları ilə bağlı müxtəlif faktlar dövrü mətbuatda intensiv olaraq yayınlanmaqdadır. Bu yöndə DİA.AZ olaraq müxtəlif araşdırmalar aparır və ortaya ilginc məqamları çıxarırıq. Amma maraqlı orasıdır ki, bütün bu faktlara rəğmən DGK rəhəbərliyi rəsmən susur. Çünki təqdim olunan məqamlar əslində konkret bir qərarı zəruri edir: Səfər Mehdiyevin istefasını... Bunu isə onun özü dilə gətirib, bəyan edib ki, FAKT qarşısında istefa verməyə hazırdır. Biz isə öz araşdırmalarımızı davam etdiririk. Susqunluğa rəğmən...

Nəzərinizə çatdıraq ki, bir sıra ekspertlər gömrük orqanlarının normal fəaliyyət göstərmədiyini, qurumun bəzi əməkdaşlarının xaricdən ölkəyə müxtəlif təyinatlı mal və məhsullar gətirən iş adamlarına süni əngəl yaratdıqlarını, hətta bəzi hallarda isə əldə olunmuş razılaşmaya əsasən onların təqdim etdikləri saxta invoyslara göz yumaraq külli miqdarda vəsaitin büdcədən yayındırılmasına şərait yaratdıqlarını, bununla da qanunun tələblərini pozduqlarını iddia edirlər.

Əldə etdiyimiz məlumatlara görə, bəzi şirkətlər uzun illərdir bu kimi özbaşına fəaliyyətlə məşğul olur. Bəzi iddialara görə invoyslar məhz gömrük orqanlarının əməkdaşları ilə razılaşdırıldıqdan sonra aşağı yazılır. Söz yox ki, bununla bağlı dəqiq nəsə demək bir qədər çətin olsa da, lakin istənilən halda əgər gömrük orqanlarının adı bu cür olaylarda hallanırsa, o zaman Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev istefa verməlidir.

Ekspertlərin fikrincə, gömrük orqanlarında saxta invoys anlayışı bir qədər fərqlidir. Belə ki, Gömrük Komitəsi bir çox zaman xaricdən gətirilən hər hansı məhsulun invoysunda göstərilən rəqəmlərə inanmır. Belə bir iddia irəli sürür ki, özünün karkulyasiyası, cədvəli var. Bildirilir ki, qiymətlər həmin cədvələ uyğun olmalıdır. Qiymətlər cədvələ uyğun olmadıqda, bunu saxta adlandıraraq qəbul etmir. Əsasən Rusiyadan gətirilən məhsullarda invoysun daha az yazılmasına, qiymətləndirilməsinə imkanlar var. Nəticədə iş adamları bəzən bundan sui-istifadə edə bilirlər. Amma buna baxmayaraq, gömrük orqanlarının əsas vəzifəsi ölkəyə gətirilən məhsullara həm nəzarət etmək, həm də həmin məhsulların sənədləşdirilməsinə normal qiymət verməkdir.

DİA.AZ-ın məlumatına görə, ekspertlərin fikrincə, əslində Gömrük Komitəsinin ayrıca bir qurum kimi fəaliyyət göstərməsi o qədər də məqsədəuyğun deyil. Dünyanın bir çox ölkələrində Gömrük Komitəsi ayrıca qurum kimi fəaliyyət göstərmir. Belə ki, əsasən ya Maliyyə, ya da Vergilər nazirliklərinin tərkibində departament kimi fəaliyyət göstərir. Bununla yanaşı, gömrük orqanları bir çox ölkələrdə gömrüyün əsas fəlsəfəsini yerinə yetirməklə məşğuldur. Gömrüyün əsas fəlsəfəsi və yaranma tarixindən bəri əsas işi ondan ibarət olmalıdır ki, daxili istehsalçıları qorusun. Yəni daxili istehsal varsa, ona kömək məqsədiylə ölkəyə gətirilən məhsullarla bağlı rüsumlar yüksəldilir, gömrük buna nəzarət edir və daxili istehsalçını qoruyur.

Bizdə isə çox məntiqsiz gömrük siyasəti aparılır və fəlsəfəsi doğru yerində oturulmayıb. Azərbaycanda istehsal olunmayan məhsullara belə, böyük gömrük rüsumları tətbiq olunur və gömrük orqanları isə iş adamlarından əlavə vəsaitlərin alınmasına çalışır. Bu isə doğru yanaşma deyil. Məsələn, əgər ölkədə uşaq yeməyi istehsal olunmursa, nə üçün bu məhsullara yüksək gömrük rüsumu olmalıdır? Və yaxud əgər ölkədə dərman preparatları istehsal olunmursa, niyə dərmanlara gömrük rüsumu olmalıdır? Bundan başqa, Azərbaycanda avtomobil detalları istehsal olunmadığı halda, bu məhsullara 15 faizlik gömrük rüsumu tətbiq olunur. Yəni bir çox hallar var ki, burda gömrüyün fəlsəfəsi doğru, düzgün işləmir. Məhz elə bu səbəbdən də Dövlət Gömrük Komitəsinin də İqtisadiyyat Nazirliyinə birləşdirilməsi doğru qərar olardı. Lakin bu da hələ yarımçıq addımdır. Çünki birləşdirdikdən sonra gömrüyün yanaşması, fəlsəfəsi, işləmə qaydaları da kökündən dəyişdirilməlidir. Gömrük iş adamlarını qorxudan, əziyyət verən bir orqandan onların, eyni zamanda yerli istehsalçıların dostuna çevrilməli, yerli istehsalçıları qoruyan orqan funksiyasını yerinə yetirməlidir.

Təbii ki, belə bir addımın atılması heç bir halda Səfər Mehdiyevə sərf edə bilməz. Ən azından ona görə ki, bu gün Səfər Mehdiyev tutduğu posta XALQA XİDMƏTÇİLİK amalı ilə deyil, sərf qazanc məqsədilə yanaşır. Ona görə də bu gün Azərbaycanda gömrük sistemi dedikdə ağla ilk gələni TALANÇILIQ YUVASI olur. Bu həiqqətən də belədir və faktdır ki, hazırda məhz DGK sədri və onun sevimli əlaaltıları Azərbaycan dövlətinin gömrük qapılarını şəxsi darvazalarına çeviriblər. Xoşladıqları sahibkarlara istənilən uyğun şərait yaradıldığı halda, düşmən elan etdikləri iş adamları "dövlətin düşməni" kimi ancaq problemlər yaşamaq zorunda qalır.

Bütün bunlardan çıxış yolu təbii ki var və tək çıxış yolu heç də DGK-nin ləğv edilərək hansısa digər dövlət qurumu ilə sintez edilməsi deyil. Elə DGK rəhbərliyinə həqiqətən də millətini, dövlətini sevən bir kadrın gətirilməsi bütün problemlərin həlli ilə yekunlaşa bilər. Biz artıq ölkəmizdə gedən proseslərdən bunun əyani sübutlarını da görməkdəyik. Digər yeniləşən qurumlar ən gözəl nümunə kimi ortadadır. Doğrudur, kimlərsə Səfər Mehdiyevi də YENİ DÖNƏMİN KADRI olaraq təqdim etməkdədirlər və hətta "Səfər Mehdiyev gələndən sonra gömrükdə rüşvət və inhisarçılıq yığışdı" deyərək gülməli arqument də irəli sürürlər. Amma ortadakı reallıq tamam fərqlidir. Və həm də fərqindəyik ki Səfər Mehdiyev elə əskidən olan gpmrük bataqlığının ən peşəkar memarlarından, gömrükdəki rüşvət sisteminin lokomotivlərindən biri olub. İndi isə onun birinic müvinlikdən sədrliyə gətirilməsilə yalnız bəlli peşəkara əlavə qol-qanad vermək mümkün olardı. Səfər Mehdiyevdən islahatçılıq gözləmək isə artıq ümidsiz bir işə çevrilib...

Dia.az


Daha çox xəbər

Şərh yaz