Axtarış...

"Belə çıxır ki, kimsə o çeklərin ikinci surətini çıxarır?" - GİLEY

"Belə çıxır ki, kimsə o çeklərin ikinci surətini çıxarır?" - GİLEY

Supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılmasına başlanılıb. Belə ki, vətəndaş nəzarət-kassa aparatının çekində yer alan 12 simvollu fiskal İD-ni elektron kabineti vasitəsilə sistemə daxil etməklə və ya QR kod vasitəsilə ƏDV-nin bir hissəsini geri ala bilər.

Lakin bu dönəmdə bir sıra marketlərin çeklərində fiskal ID-nin olmaması, vətəndaşlar tərəfindən narazılıqlara səbəb olur. Bu dəfə isə şikayət marketdən alınan çek üzrə fiskal kodun mənimsənilməsi və ƏDV-nin daha əvvəl geri alınması məsələsi olub.

"MediaPost" xəbər verir ki, Bakı sakini Nəbi Nəbiyevin iddiasına görə, "OBA market"in Zabrat qəsəbəsində yerləşən filialında alış-veriş zamanı əldə etdiyi çek üzrə ƏDV-ni geri qaytarmaq mümkün olmayıb: "ƏDV-ni geri almaq istəyərkən sistemdə "bu çek üzrə ƏDV-nin qaytarılmasına dair müraciət artıq mövcuddur" deyə qeyd olunur. Əgər mən ƏDV-ni geri qaytarmamışamsa və qəbz mənim özümdə olubsa, bu zaman ƏDV-mi kim alıb? Belə çıxır ki, kimsə o çeklərin ikinci surətini çıxarır?"

Nəbiyevin sözlərinə görə, etirazlardan sonra marketin sözügedən filialı üzrə bölgə müdiri şikayətçi ilə əlaqə saxlayaraq problemin mövcudluğunu inkar etməyib. Həmin qəbzin fiskal kodunun başqa bir şəxs tərəfindən istifadə olunması təsdiq olunub. Bu şəxsin kimliyi artıq müəyyən edilib. Amma onun "OBA" marketlər şəbəkəsinin əməkdaşı olub-olmaması araşdırılır.


Daha çox xəbər

Şərh yaz