Axtarış...

İşlam İnqlabının lideri İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür

İran İslam Respublikasının 1-ci Ali Rəhbəri və qurucusu İmam Xomeyninin (rə) vəfatının 31-ci ildönümüdür.

İran İslam Respublikasının Azərbaycandakı səfirliyinin mətbuat xidməti İmam Xomeyninin vəfatının növbəti ildönümü ilə bağlı kiçik bir yazı hazırlayıb.

İslam İnqilabının lideri və İran İslam Respublikasının banisi İmam Xomeyni (rə) ləqəbli Seyid Ruhullah Mustafavi 24 sentyabr 1902-ci ildə İranın Xomeyn şəhərində dünyaya gəlmişdir.

İmam Xomeyni (rə) Ayətullah Burucerdinin ölümündən sonra Tağut siyasətinə qarşı çıxmış və 6 iyun 1963-cü il qiyamında həbs olunanaq Tehrana göndərilmişdir. O, bir müddət həbsdən sonra müqəddəs Qum şəhərinə qayıtmış və kapitulyasiyanın (İrandakı Amerika cinayətkarlarının toxunulmazlığı) təsdiqlənməsi hadisəsində Qum böyük məscidində əhəmiyyətli və atəşli çıxışından sonra yenidən tutularaq Türkiyəyə, oradan da İraqa sürgün edilmişdir. O, İraqda da Pəhləvi rejimi ilə mübarizəni davam etdirmişdir.

Pəhləvi rejimi ilə İraqdakı Bəəs rejimlərinin birgə koordinasiya onu İraqı tərk edərək Parisə getməyə məcbur etmişdir.

Monarxiyanın dağılması və 57 illik məzlum Pəhləvi rejiminin sonu ilə İmam Xomeyni (rə) xalqın həlledici səsləri əsasında İran İslam Respublikasını qurdu. İmam Xomeyni (rə) 11 fevral 1979-cu ildən 3 iyun 1989-cu ilə qədər inqilaba rəhbərlik etmişdir. O, təhlükəli hadisələrdə, müxtəlif sui-qəsdlərdə, İraqa qarşı 8 illik müharibədə və sanksiyalarla mübarizə yolunda inqilabı və ölkəni təhlükəsiz və məharətlə idarə etmişdir. İmam Xomeyni (rə) 3 iyun 1989-cu ildə vəfat etmişdir.


İmam Xomeyni (rə) və insanın batini həyatı

1989-cu il 3 iyun tarixində baş verən o böyük hadisənin ildönümündə bu gerçəkliyə məna bəxş etmiş o həqiqətə bir daha nəzər salmaq lazımdır.

Həzrət İmam Xomeyni (rə) adi insan növündən deyildi və tarixin dahiləri arasında da onun kimi şəxsiyyətlər çox olmayıb. Lakin müasirlərin yazdığı kimi tarix İmam Xomeyni (rə) kimi şəxsiyyətləri qədrini bilməkdə acizdir.Qərblilərin yazdığı kimi “sivilizasiyalar tarixi” “insanın təbiətdən israfcasına bəhrələnməsi üçün insanın təbiətə qələbəsi tarixidir”. Onlar bugünki bəşərin ruhuna üfürülmüş üsyankarlıq ruhunun tələbinə görə belə düşünüblər ki, əvvəlkilərin də bundan başqa hədəfləri olmamışdır və buna görə də insanın Yer kürəsindənki mövcudluğunun gerçəyindən qəflətdə olublar.

Böyük və geniş fəzada kiçik bir kürə olan Yer kürəsində yaşayan insanın “batini tarix”i də vardır: əgər “sivilizasiyalar tarixi” insanın zahiri həyatının tarixidirsə “peyğəmbərlərin tarixi” onun batini tarixidir.İnsanın zahiri və batini, cismi və ruhu vardır ... və ruhu inkar edənlər əgər insan həyatının tarixinin yalnız sivilizasiyalar tarixindən ibarət olduğunu iddia edirlərsə, bu təəccüblü deyil. Və bunun ardından bu gün “tarixin dahiləri” dedikdə insanın təbiətə hakim olması yollarını tapanlara aid etmələri də buna əsasəndir.

Onlar insanı böyük bir mədə hesab edirlər ki, tarix boyu onu doldurmaq və heyvani ləzzətlərdən daha çox istifadə etmək üçün münasib vasitələr tapmışdır. Əgər insanın mahiyyəti bu olsa, onda tarix də sivilizasiyalar tarixi ilə məhdudlaşar, özü də dar çərçivədə. Bu gün “sivilizasiyalar tarixi” adlandırılan gerçəyi olmayan bir vəhmdir ki, yeni insan onu öz keçmişinə də aid etmişdir. Buna görə də burada peyğəmbərlərdən və onların davamçılarından bir nişanə yoxdur. “Sultanların tarixi” də insanların xüdbinliyi, özünəpərəstliyi və istikbarı üzərində qurulmuş ambisiyalar və təcavüzlər tarixidir. Bu tarix də insanın batini həyatına toxunmadığı üçün peyğəmbərlərin, vəsilərin, onların davamçılarının və həqiqət evinin memarlarını əsaslandıra bilmir. Buna görə də “bəşər varlığının həqiqət evinin memarları” olan İmam Xomeyni kimi dahilərin əsl məqamı və dəyəri sivilizasiyalar tarixi və rəsmi tərtib olunan tarixlərdə tanımaq gözləntimiz olmamalıdır.

Şeyxül-ənbiya Həzrəti İbrahim də yer üzündə həqiqət evinin memarı olmuş və nə qədər ki, dünya dünyadır və insan bu yer kürəsində qalır, bu ev bir möhkəm bir qaladır ki, insanı şeytanların sınağından və heyvandan da aşağı səviyyəyə enməkdən uzaq saxlayır. Amma sivilizasiya tarixində harada ondan bir nişanə tapmaq olar? İnsanın daxili həyatının tarixi Məkkəni Umməl-Qurə və yerin mərkəzi hesab edir. Amma sivilizasiya tarixi bu böyük hadisəyə gözucu da olsa baxsa, görər ki, o cəsur qəbilə su axtarışında Zəmzəmi tapmış, onun ətrafında məskunlaşmış və ilk vətəndaş cəmiyyətini qurmuşdur. Niyə bu xarici görünüş bugün bəşəriyyət üzərində qələbə qazanmış və onu xülyalara və dar düşüncəyə vadar edir? Bu gün insan günləri və illərini peyğəmbərin hicrətindən və İsa peyğəmbərin doğumundan saymağına baxmayaraq, artıq peyğəmbərlərin gücünü bilmir və o zamana qədər ki bu cəhalət qalacaq insan İmam Xomeyninin (rə) də dəyərini bilməyəcək. Çünki, o, eyni zamanda insanın daxili həyatının canlandırıcısı və həqiqət evinin yaradıcısıdır. İslam İnqilabı isə bu əsrin Ümməl-Qurəsidir. İmam Xomeyni (rə) İslam İnqilabı ilə həqiqət evi qurdu. Baxmayaraq ki, sivilizasiya tarixi və sultanların tarixi həqiqət evinin memarlarını və insan daxili həyatının canlandırıcılarını unutmuş, amma və "insanın daxili həyatının tarixi" görünüşdən qəflətdə olmayıb. Görünüş daxili cilvədir. Əgər bir gün qərara alınsa ki, insanın zahiri həyatının həqiqət tarixi yazılsın, gərək onu tarix boyu insanın daxili dəyişiklikləri ilə yəni din tarixi və peyğəmbərlər tarixi ilə əsaslandıralar. İnsanın tarix boyu nələr yaşandığını anlaması üçün gərək dünya tarixi əvvəldən yazıla...


Millitv.az


Daha çox xəbər

Şərh yaz