“iPhone 7”-nin təqdimat tarixi açıqlandı

“iPhone 7”-nin təqdimat tarixi açıqlandı




“Apple” şirkəti yeni “iPhone 7”-ni bu ilin sentyabrın 7-də təqdim edə bilər.

“iPhone 6” və 6S-in təqdimatı da sentyabr ayında olmuşdu, satışları isə 19 və 25 sentyabrdan başlamışdı.

Qeyd edilir ki, “iPhone 7” mağazalarda sentyabrın 16-dan satışa çıxarıla bilər.

MİLLİTV.az-ın Gazeta.ru-ya istinadən məlumatına görə, bu barədə “Bloomberg” şəxsi mənbələrinə istinadən xəbər verir.

Bundan başqa, eyni gündə “Apple” yeni “Macbook Pro”nun yenilənmiş dizayn və sesnor panelli yeni nəslini də təqdim edəcək. Amma nəşr bu şayiələri təkzib edir və yazır ki, yeni noutbukların təqdimatı başqa gün olacaq.

Həmin gün “Sony”nin Nyu-Yorkda tədbiri baş tutacaq. Şayiələrə görə, tədbirdə yeni “PS4 Neo” təqdim ediləcək.

MİLLİTV.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət