Dünyada bir gündə koronavirusa rekord yoluxma qeydə alındı




Dünyada son sutka ərzində koronavirusa yoluxanların sayında rekord göstərici qeydə alınıb. “Qafqazinfo” bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Tvitter səhifəsində yazılıb.


“Son 24 saat ərzində ÜST-ə 106 min yoluxma halı barədə məlumat daxil olub ki, bu da indiyədək bir sutka ərzində qeydə alınan ən yüksək göstərici olub. Bu halların, demək olar, üçdə ikisi cəmi dörd ölkədə qeydə alınıb”, - paylaşımda bildirilib. Lakin söhbətin virusa ən çox yoluxma hallarının qeydə alındığı hansı ölkələrdən getdiyi açıqlanmır.
“Worldometer” saytının məlumatlarına əsasən, bütün dünya üzrə COVID-19-a yoluxanların sayı 5 milyona yaxınlaşır, bu virusdan ölənlərin sayı isə 352 mindən çoxdur
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət