Axtarış...

Azərbaycanda 143 nəfər koronavirusdan sağaldı, bir nəfər vəfat etdi - RƏSMİ


Azərbaycan Respublikasında koronavirus infeksiyasına yoluxmuş 143 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, keçirilmiş miokard infarktı, qaraciyər çatışmazlığı və xronik böyrək çatışmazlığı olan 1949-cu il təvəllüdlü vətəndaş vəfat edib.
Ötən müddət ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 240.220 test aparılıb.


Daha çox xəbər

Şərh yaz