Axtarış...

ABŞ - BMT -nın Qarabağa dair qətnamələrinin icrasına mane olur. Seyid Həsən Amoli

ABŞ - BMT -nın Qarabağa dair qətnamələrinin icrasına mane olur. Seyid Həsən Amoli
İran və Azərbaycan xalqı, bir millət iki dövlətdir Ayətullah Seyid Həsən Amoli.

İran və Azərbaycanı heç vaxt bir-birindən ayırmaq olmaz. İran və Azərbaycan xalqı iki dövlətdə olan bir millətdir. Bizim keçmiş tariximiz, mədəniyyətimiz, dinimiz, dilimiz, ləhcəmiz, əcdadlarımız, qəbilələrimiz, incəsənət xadimlərimiz, şairlərimiz, fəqihlərimiz, təqlid mərcələrimiz, qəhrəmanlarımız və qəhərmanlıq dastanlarımız və ... bütün bunlar birdir. Azərbaycanlıların izzət və başucalığı bizim izzətimizdir. Onların dərd və sıxıntısı bizim dərdimiz və sıxıntımızdır, Qarabağın işğalı bizim qəlbimizdə böyük bir qüssədir. Biz Qarabağın işğalını öz torpaqlarımızın işğalı kimi hiss edirik.

Bu günlərdə Azərbaycan faliyyət göstərən müxalifət mediasında İran əleyhinə sərsəm, bir səs-küy yaradaraq İran dövlətini Ermənilərlə Qarabağ üzərindən yalançı iş birliyində suçlamağa başladılar. Bəs neçə illərdir Amerikanın boyunduruğu altında faliyyət göstərən bu müxalifət nə səbəbə Amerikaya qarşı səsini qaldırmırlar. ABŞ-ın artıq onuncu ştatı qondarma “Qarabağ respublikası”nı rəsmən tanıyıb və senatın rəhbəridə artıq bu sənədi imzalayıb. Bax Yazsınlar ki, qondarma republikanın bütün büdcəsi ABŞ tərəfindən təmin olunur. Yazsınlar ki, ABŞ oraya getmək üçün viza rəsmiləşdirir.

Yazsınlar ki, birləşmiş ştatlar BMT TŞ-nın Qarabağ barəsində qəbul etdiyi qətnamələrin icrasına bir mənalı mane olur.Bax bunlar həqiqətdir ancaq bunları yazmırlar.

Azərbaycan xalqıda diqqətli olmalı və bilməlidir ki, nə üçün bu gün Azərbaycanın bəzi İran əleyhinə olan ssneraristləri faliyyətləri ərzində Amerikanın Qarabağ barəsindəki cinayətlərindən bir kəlmə belə danışmır və yazmırlar? Nə üçün Qarabağın işğal olunmasının əsas səbəbkarının ABŞ oldğunu qeyd etmirlər.Ona görə ki ,Amerika həmin şəxslərin ağasıdır. Bu şəxslər Azərbaycan daxilində,həmçinində qonşu ölkələrə qarşı ağalarının sifarişini yerinə yetirirlər.


Bildirmək istəyirik ki ,bu sözləri İran dövlətinin Ali dini rəhbərinin nümayəndəsi Ayətullah Seyid Həsən Amoli öz çıxışında bildirmişdir.

Millitv.az
Hazırladı R.Qasımov



Şərh yaz