"İlk evliliyimdən sonra 2 ay dəlilərlə dəlixanada yatmışam"

  • 18-05-2020, 15:31
  • sou
  • 28

"Məni elə vəziyyətə saldılar ki, 2 ay dəlilərlə birlikdə dəlixanada yatmışam".

Open.az xəbər verir ki, bunu müğənni Kərim Abasov Xəzər TV-nin "Ay Zaur" verilişində qonaq olarkən söyləyib.

Kərim ilk evliliyinin ona böyük zərbə vurduğunu söyləyib: "11 il əvvəl vəziyyətim o qədər pis idi ki, mən 2 ay dəlilərlə dəlixanada yatmışam. Evliliyim zamanı o qədər problem yaşadım ki, dərin depresiya keçirdim. O zaman çox heyif ki, böyük sözünə qulaq asmadım. Bilmirəm, ağzımı bağlamışdılar, burnumu bağlamışdılar, ağılla hərəkət etmədim".

Xatırladaq ki, K.Abasovun ilk evliliyi prodüser Təranə Səmədova ilə olub.
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət