Beynəlxalq Olimpiya Komitəsi Azərbaycana vəsait ayırdı

  • 15-05-2020, 08:31
  • idman
  • 33
Beynəlxalq Olimpiya Komitəsi Azərbaycana vəsait ayırdı

Beynəlxalq Olimpiya Komitəsi (IOC) koronavirus pandemiyasının iqtisadi nəticələrini minimuma endirmək üçün 800 milyon ABŞ dolları məbləğində vəsait ayırıb.

“Report”un məlumatına görə, bu barədə IOC prezidenti Tomas Bax açıqlama verib.

O bildirib ki, vəsaitin 650 milyon ABŞ dolları Tokio-2020 Yay Olimpiya Oyunlarının gələn ilə təxirə salınması ilə əlaqədar xərclərin qarşılanmasına, 150 milyon ABŞ dolları isə xüsusi fonddan olimpiya hərəkatına, federasiyalara və milli olimpiya komitələrinə kredit formasında sərf olunacaq.

Qeyd edək ki, Tokio olimpiadası 2021-ci il 23 iyul - 8 avqustda keçiriləcək.
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət