Əhaliyə ŞAD XƏBƏR! Karantin rejimi təyin olunan vaxtdan tez bitə bilər - AÇIQLAMA



Dünən koronavirusa yoluxanların sayı 104-dən 65-ə düşüb. Əgər koronavirusa yoluxanların sayı azalma dinamikası ilə davam etsə, karantin rejimi mayın 31-dən tez bitə bilərmi?

Metbuat.az xəbər verir ki, bununla bağlı danışan deputat Aydın Mirəzazadə bildirib ki, karantinlə bağlı bütün qərarlar yoluxma dinamikasına görə müəyyən edilir:
"Azərbaycanın böyük ərazisində yeni yoluxma olmadığına görə karantin rejimi götürüldü. Hesab edirəm ki, atılan addımlar buna uyğun atılacaq. Bu məsələdə dövlətin atdığı addımlarla yanaşı sosial məsuliyyət məsələsi gündəmdə olmalıdır. Ehtiyac olmadan çölə çıxılmasa, insanlar tərəfindən sosial məsafə saxlanılsa, qoruyucu tibbi maska, əlcəklərdən itifadə edərək gigyenik qaydalara riyaət etsək, koronavirusla bağlı elan olunmuş karantin rejim gözləniləndən də tez bitə bilər. Operativ Qərargahın verdiyi məlumatlara görə bütün statistikalar araşdırılır, karantin rejiminin yumşaldılması və aradan qaldırılma məsələsi gündəmdədir. Düşünürəm ki, yoluxmaların sayı minimuma düşsə, ölkədə elan olunmuş karantin rejim təyin olunan vaxtdan da tez bitə bilər".(Sonxeber.az)
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət