Türkiyədə koronavirusdan sağalanların sayı 100 mini ötdü




Bu gün Türkiyədə koronavirusdan daha 58 nəfər ölüb.

Bu barədə ölkənin səhiyyə naziri Fəxrəddin Qoca sosial şəbəkədə məlumat verib.

Məlumatda bildirilir ki, bu gün 1639 nəfərdə yoluxma faktı qeydə alınıb. Bununla da Türkiyədə koronavirusdan ölənlərin sayı 3 952 nəfərə, yoluxanların sayı isə 143 114 nəfərə çatıb.

Koronavirusdan sağalıb evə göndərilənlərin sayı isə 101 715 nəfərdir.
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət