190 manatlıq ödənişlərlə bağlı ƏHALİYƏ ŞAD XƏBƏR



Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi işsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərin may ayı üzrə birdəfəlik ödənişlə (190 manat) təminatına başlayıb.

Millitv.az xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Fazil Talıblı bildirib.

Onun sözlərinə görə, nazirlik tərəfindən 50 min şəxsə dair birdəfəlik ödəniş vəsaitləri müvafiq banklara köçürülüb.

Həmin şəxslərə qeydiyyata alınmaq üçün müraciət edərkən qeyd etdikləri telefon nömrəsinə bu barədə SMS göndəriləcək.

"Şəxs əgər kartı müvafiq bankdan artıq alıbsa, o zaman mesajda göstərilən bankın istənilən bankomatından vəsaitini əldə edə bilər.

Əgər kartını hələ almayıbsa, mesajda göstərilən bank filialına müraciət edərək kartını və kart vasitəsilə bankomatdan vəsaitini qəbul edəcək.

Hazırda birdəfəlik vəsaiti köçürülənlər aprelin 9-dan sonra ilk günlərdə aprel ayının ödənişini alanlardır", - deyə o bildirib.

Ödəniş prosesi ardıcıl davam edəcək.
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət