Axtarış...

Tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır - Bu gündən



Bu gündən tam orta təhsil bazasında kolleclərə sənəd qəbulu başlayır.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, tam orta (11 illik) təhsil bazasında kolleclərə sənəd qəbulu 12 may - 5 iyun tarixlərində onlayn şəkildə təşkil ediləcək.

Müsabiqə iyun ayında baş tutacaq buraxılış imtahanlarının nəticələri əsasında aparılacaq.

Ümumi orta (IX sinif) təhsil bazasında kolleclərə qəbul yalnız buraxılış imtahanlarının II mərhələsinin nəticəsi əsasında aparılacaq. Bu il 19 mindən artıq abituriyent kolleclərə qəbul olmaq üçün ərizəsini təsdiq edib, onlardan 01.03.2020 tarixdə buraxılış imtahanlarının I mərhələsində iştirak etmiş 4000 abituriyent müsabiqəyə qatılmaq üçün mütləq iyun ayında təşkil ediləcək buraxılış imtahanlarının II mərhələsində iştirak etməlidir.


Daha çox xəbər

Şərh yaz