UEFA Azərbaycan təmsilçisini Çempionlar Liqasından məhrum etməyəcək - RƏSMİ

  • 12-05-2020, 10:20
  • idman
  • 36


UEFA ölkə çempionlarının Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum olunmasına münasibət bildirib.

"Report" xəbər verir ki, bu barədə Avropa futbol qurumundan RİA “Novosti”yə məlumat veriliib.

Təşkilat yayılan xəbərləri təkzib edib: "UEFA heç vaxt çempion olan komandaları seçmə oyunlar vasitəsi ilə Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququndan məhrum etmək barədə düşünməyib".

Qeyd edək ki, daha öncə "The Times" nəşri UEFA-nın koronavirus pandemiyası ilə əlaqədar olaraq 2020/2021 mövsümündə Çempionlar Liqası (ÇL) və Avropa Liqasının təsnifat mərhələlərini azaltmaq və ən pis halda ləğv etmək ehtimalını nəzərdən keçirdiyini yazıb.

Xatırladaq ki, Avropada Belarus çempionatından başqa bütün yarışlar koronavirus pandemiyasına görə dayandırılıb. UEFA mart ayında dayandırılan avrokubokları daxili çempionatlarla birlikdə tamamlamağı düşünür. UEFA İcraiyyə Komitəsinin növbəti iclası mayın 27-də olacaq.
Oxşar xəbərlər
«    Май 2020    »
ПнВтСрЧтПтСбВс
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Mədəniyyət