Axtarış...

Türkiyədə koronavirusdan daha 57 nəfər öldü



Türkiyədə koronavirus qurbanlarının sayında artım olub.

Millitv.az xəbər verir ki, qardaş ölkədə bu gün daha 57 nəfər ölüb.

Səhiyyə naziri Fahrettin Koca “Twitter” səhifəsindəki paylaşımında qeyd edib ki, son 24 saatda 30395 şübhəli koronavirus testindən keçib, onlardan 1977-sinin cavabı pozitiv çıxıb.

Türkiyədə yeni növ koronavirusdan indiyədək 3641 nəfər ölüb, 133 min 721 nəfər bu infeksiyaya yoluxub, 82 min 984 nəfər isə müalicə olunub.

Bu gün 4782 xəstə evə buraxılıb.



Şərh yaz