Məhkəmə Vilyam Hacıyev barəsində qərar verdi



İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaq orqanı tərəfindən verilən vəsatətə baxılıb.

Millitv xəbər verir ki, Səbail Rayon Məhkəməsində verilən vəsatət təmin edilib və V.Hacıyev barəsində dörd ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, V.Hacıyev Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı saxlanılıb. O, bu gün Prezident İlham Əliyevin imzaladığı Sərəncamla vəzifəsindən azad edilib.
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət