Karantin rejiminin sərtləşdirilməsi ilə bağlı rəsmi AÇIQLAMA



Bu gün baş tutan Operativ qərargahın brifinqində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev karantin rejiminin yumşaldılmasından sonra yoluxmanın artmasını təsdiq edərək, karantinin yenidən sərtləşdirilməsi şərtlərindən danışıb.

Millitv.az xəbər verir ki, sədr hər şeyin vətəndaşlardan aslı olduğunu bildirib: “Bu bizdən asılıdır. Söhbət müxtəlif cərimələrdən, sərt tədbirlərdən də getmir. Burda vətəndaş məsuliyyəti lazımdır. Sərtləşmə məqsədli olmamalıdır.

Amma biz görsək ki, yoluxma çoxalır, xəstələrimiz artır, ayrılmış xəstəxanalarda yerlərimiz yoxdur, səhiyyə öhdəsindən gələ bilmir, o zaman sərtləşdirilmə ilə bağlı dövlətə, Nazirlər Kabinetinə təkliflər verəcəyik”
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət