Axtarış...

Bu gün qoşulmama hərəkatı ilk video konfransına başlayacaq



Bildirmək istəyirik ki, Qoşulmama Hərəkatına üzv ölkələrin başçılarının bu gün videokonfrans formatında görüşü Bakı vaxtı ilə saat 15:00-da keçiriləcək.

Konfrans Qoşulmama Hərəkatının növbəti sədri kimi Prezident İlham Əliyevin çıxışı ilə başlayacaqdır.

Hərəkata üzv olan dövlətlərin başçıları dövlətlərin baş həriflərini ardıcıllığı iləı video konfransda çıxışlar edəcəklər.Qoşulmama hərəkatına üzv olan dövlətlərlə bərabər qonşu İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani də bu konfransda iştirak edəcəkdir. Prezident İlham Əliyevin çıxışından sonra , BMT baş katibinin konfransda iştirak edənlərə video müraciət edəcəkdir.Daha sonra Ümumdünya Səhiyyə Təşkilatının baş katibi, Afrika İttifaqı Komissiyasının başçısı və Avropa Komissiyasının muavini çıxışlar edəcəklər.Bu çıxışlardan sonra Qoşulmama Hərəkatına üzv ölkələrin başçılarının əlifba ardıcıllığı ilə çıxışları başlayacaqdır.İranın Bakıdakı səfirliyindən aldığımız məlumata görə ,Qoşulmama hərəkatına üzv olan qonşu İran İslam Respublikasının Prezidenti Həsən Ruhani bu konfransda 6-cı çıxış edənlərin sırasında olacaqdır.

Qeyd etmək istəyirik ki, Video konfransında müzakirə olunacaq əsas məsələ dünyanı cənginə alan COVİD-19 epidemiyasını yaratdığı fəsadların aradan qaldırılması .COVİD-19 virusunun dünya dövlətlərinin arasındakı iqtisadi münasibətlərə vurduğu zərərlər barədə və Qoşulmama hərəkatına üzv olan qonşu dövlətlərin epidemiya və epidemiyadan sonrakı dövrdə əlaqələrinin hansı formada davam etdirilməsi məsələləri müzakirə olunacaqdır.

Bir daha qeyd edərək bildiririk ki,vidieo konfrans dövlət başçılarının çıxışları əlifba sırası ardıcıllığına uyğun olaraq müəyənləşdirilmişdir.



Rövşən Qasımov

Millitv.az


Daha çox xəbər

Şərh yaz