Axtarış...

“Ekologiya postu”ndakı kapitan Hacıdan nazirə şikayət: “Deyir ki, şirinliyi” verməsən...” - Foto

“Ekologiya postu”ndakı kapitan Hacıdan nazirə şikayət: “Deyir ki, şirinliyi” verməsən...” - Foto

Sürücü Firdovsi Bəhram oğlu Vəliyev Dövlət Yol Polisinin “Ekologiya postu”nda işləyən Hacı adlı kapitandan şikayətçidir. F.Vəliyev Anaxeber.info-ya deyir ki, mülkiyyətçisi olduğu avtomobili kapitan Hacı girov götürüb və ancaq ödənc müqabilində azad edəcəyini bildirib. Vətəndaş deyir ki, onun mülkiyyətindəki nəqliyyat vasitəsi dostunda olub: “Maşını dostumun tanışı götürüb sürüb və yol polisi haqlı olaraq saxlayıb. Binəqədi rayon Dövlət Yol Polis Şöbəsinin əməkdaşları sükan arxasında olan şəxsin sürücülük hüququ olmadığından maşını Respublika Baş Dövlət Yol Polisi İdarəsinin cərimə meydançasına aparıblar. Belə hallarda şəxs cərimə olunur. Nəqliyyat vasitəsi isə qanuna görə 60 manat cərimə ödəməklə mülkiyyətçiyə - yəni mənə qaytarılmalıdır”. F.Vəliyevin sözlərinə görə, Yol Polisinin Binəqədi Ekologiya postunda kapitan rütbəli Hacı isə deyir ki, “qanunda nə yazılıb bilmirəm, sən mənə dediyim məbləği verməsən maşının burada qalacaq”.Vətəndaş deyir ki, Hacıya qanunsuz əməllərindən şikayət edəcəyini deyib: “Hacıya qanunu pozmamağı, dövlətin müəyyən etdiyi cəriməni ödəməklə mülkiyyətimi-maşınımı özümə qaytarmasını istədim. Əks təqdirdə daxili işlər naziri cənab Vilayət Eyvazova şikayət edəcəyimi bildirdim. Dedi ki, get kimə istəyirsən de, dediyim “şirinliyi” verməsən maşın burada qalacaq. Hörmətli nazirdən xahiş edirəm ki, Hacının qanunsuzluğunun qarşısını alınmasına göstəriş versin. Onun hərəkətləri polisin adına xələl gətirir. Sanki mən vətəndaş deyiləm, Hacı da yol polisinin səlahiyyətlisi. Özünü qanunlardan üstün tutur. Ona görə də nazirdən xahiş edirəm ki, məsələni şəxsi nəzarətinə götürsün”.



Daha çox xəbər

Şərh yaz