Dövlət qurumlarının işçiləri ilə bağlı da qərar verildi



Azərbaycanın bəzi rayonlarında dövlət qurumlarının işçilərinin tam sayda fəaliyyəti bərpa olunur.

“Qafqazinfo” xəbər verir ki, Operativ Qərargahın yaydığı məlumata əsasən, həmin ərazilər Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu istisna olmaqla, respublikanın digər rayon və şəhərləri, eyni zamanda Naxçıvan Muxtar Respublikasıdır.

Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron rayonu üzrə isə dövlət qurumlarının işçilərinin fəaliyyəti müəyyən olunmuş sayda bərpa olunur. Qeyd edilir ki, fəaliyyəti bərpa olunan dövlət qurumlarının işçilərinin say həddi Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən ediləcək.

Sözügedən qərar 4 may 2020-ci il saat 00:00-da qüvvəyə minəcək.
Oxşar xəbərlər
«    Июнь 2020    »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Mədəniyyət