Axtarış...

Sərhədçilərə atəş açan mütəşəkkil dəstə saxlanıldı



Baş Prokurorluğun ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində 3 nəfərə qarşı Cinayət Məcəlləsinin bir neçə ağır maddəsi ilə cinayət işi başlanıb.

“Yeni Sabah”ın məlumatına görə, Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələri saxlama, daşıma, satma), 206.4-cü (qaçaqmalçılıq mütəşəkkil dəstə tərəfindən törədildikdə), 315.2-ci (Hakimiyyət nümayəndəsinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan müqavimət göstərmə və ya zor tətbiq etmə), 318.2-ci (dövlət sərhədini qanunsuz olaraq keçmə- qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən, yaxud zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə törədildikdə) və 221.3-cü ( silah qismində istifadə edilən əşya ilə xuliqanlıq etmə) maddələri ilə təqsirləndirilən Qurbanov Məzahir Sahil oğlu, Həmzəzadə Sabir Vəli oğlu və Bəşarəti Şordərəq Sadiq oğlu barəsində həbs-qətimkan tədbiri seçilib. Məhkəmə prosesi Nəsimi Rayon Məhkəməsinin hakimi Natəvan Tağıyevanın sədrliyi ilə keçirilib.

Qeyd edək ki, həbs edilənlərdən biri İran İslam Respublikasının vətəndaşıdır.



Şərh yaz