Axtarış...

ABŞ - İrana qarşı məkirli siyasətini həyata kecirmək üçün min oyuna əl atır

“ABŞ-ın dövlət katibi Maykl Pompeonun İrana qarşı mövcud silah embarqosunu genişləndirmək barədə açıqlamaları dünya birliyinin diqqətini Vaşinqtonun İran xalqına qarşı davam edən iqtisadi terrorizmindən yayındırmaq məqsədi daşıyır”.

Millitv.az Avrasiya.net istinadən bildirir ki, İranın BMT-dəki daimi nümayəndəsi Məcid Taxt-Rəvançi özünün “Twitter” səhifəsində yazıb.O qeyd edib ki, ABŞ məqsədi diqqəti İran xalqına qarşı davam etdirdiyi iqtisadi terrorizmdən yayındırmaqdır:
“Bu dəfə ABŞ BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsini pozmağa və İrana silah embarqosunu uzatmağa çağırır".Məcid Taxt-Rəvançi onuda əlavə edib ki, ABŞ digər ölkələri artıq İranın beynəlxalq hüququ pozmağına inandıra bilməyəcək.

Qeyd edək ki, şənbə günü Pompeo bir daha BMT Təhlükəsizlik Şurasına müraciət edərək İrana qarşı mövcud silah embarqosunu uzatmağa çağırıb.


Millitv.az



Şərh yaz