Axtarış...

Azərbaycanda daha 33 nəfər koronaya yoluxdu: ölənlər var



Azərbaycan Respublikasında 33 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 62 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Axar.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat etmişdir.

Hazırkı dövrədək ölkəmizdə 1373 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilmiş, onlardan 590 nəfər müalicə olunaraq sağalmış, 18 nəfər vəfat etmiş, 765 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 21 nəfərin vəziyyəti ağır, 30 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir, digərlərinin səhhəti stabildir.


Daha çox xəbər

Şərh yaz