Axtarış...

Arif Qaraşovun həyat yoldaşı məhkəməyə verildi



Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin sabiq rəhbəri Arif Qaraşovun həyat yoldaşı Rəmziyyə Sahib qızı Qaraşovanın adına olan “Fərhad-92” LTD şirkəti məhkəməyə verilib.

“Yeni Sabah.az”ın məlumatına görə, Abdullazadə Sahil Rəfail oğlu ona dəymiş maddi və mənəvi ziyanla bağlı Yasamal Rayon Məhkəməsinə müraciət edib. Toğrul Axundovun sədrliyi ilə keçiriləcək məhkəmə prosesində “Fərhad-92” LTD şirkəti və İbrahimbəyli Bayram Vaqif oğlu cavabdeh qismində tanınıb.

Qeyd edək ki, “Fərhad-92 LTD” şirkəti 1998-ci ildən təhsil sahəsində fəaliyyət göstərir. Şirkət Arif Qaraşovun oğlunun adı ilə bağlıdı.

“Yeni Sabah.az”


Daha çox xəbər

Şərh yaz