Axtarış...

"Mənimlə duet oxuması Pərvizə uğur gətirdi" - Türkan Vəlizadə - VİDEO



Müğənni Türkan Vəlizadə meyxanaçı Pərviz Bülbülə ilə olan işbirliyindən söz açıb.

Lent.az -ın məlumatına görə, ifaçı “Üçümüz” verilişində bu sözləri deyib: “Pərvizin mənimlə duet oxuması ona da uğur gətirdi. Pərvizin dəstəyi olmadan bu sənətə gəlib məşhur ola bilərdimmi? Bunu mən bilmirəm. Allah bilər. İnsanın özünün də istedadı olmalıdır. Mən hər zaman Pərvizə təşəkkür etmişəm. Duet oxusaq da, oxumasaq da”.

T.Vəlizadə şəxsi həyatı barədə də danışıb: “Deyirlər ki, guya mən ailəli olmuşam. Belə bir şey yoxdur. Mən heç vaxt ailəli olmamışam. Yəni subayam. Allah qismət edərsə, ailə quraram”.



Daha çox xəbər

Şərh yaz