Axtarış...

Neftçalada çətin durum hökm sürür - Sosial yardımın əlçatanlığı necə təmin edilir?



Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, digər sosial müdafiə proqramları kimi, ünvanlı dövlət sosial yardımının da əhatə dairəsinin genişləndirilməsi, bu məqsədlə proqramın təyinatının sadələşdirilməsi və aztəminatlı ailələrə əlçatanlığının artırılması üçün işlər davam etdirilir.

Bizimxeber.az xəbər verir ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yaydığı məlumatda qeyd olunur ki, aztəminatlı ailələrə dövlət dəstəyinin gücləndirilməsi tədbirləri ünvanlı dövlət sosial yardımı proqramı çərçivəsində də davam etdirilir və proqramın əhatə dairəsi genişləndirilir.

Nazirliyin məlumatında qeyd olunur ki, aprelin 1-dən 14 aprelədək ünvanlı sosial yarıdımı alanların sayı doqquz min ailə və ya 35 min insan artıb. Ümumilikdə, 14 aprel tarixinə 79 min ailənin 330 min üzvü (həmin ailə üzvlərinin 50 faizdən çoxu uşaqlardır) ünvanlı sosial yardım proqramı ilə əhatə olunur. Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.

Eyni zamanda, hansı ailələrə ki, ünvanlı dövlət sosial yardımının təyin olunma müddəti xüsusi karantin rejimi müddətində bitib, müvafiq qərarla, onlara bu yardımın verilməsi müddəti uzadılıb. Yəni onlara da karantin rejimi başa çatdığı tarixdən sonrakı ayın 1-dək sosial yardımın verilməsi davam edəcək.

Lakin nazirlik və bu qurumun rəsmi şəxsləri rayonlardan ünvanlı sosial yardım üçün edilən müraciətlərə hələ də cavab vermir. Belə ki, sonuncu dəfə fevral ayında ünvanlı sosial yardımı alan və uzun müddət bu yardımla dolanan əksər aztəminatlı ailələr yenidən müraciət etsələr də, bu günə kimi heç bir cavab ala bilmirlər.

Ötən gün Neftçala rayonundan redaksiyaya daxil olmuş müraciət əsasında sözügedən nazirliyin mətbuat katibi Fazil Talıblıya konkret sual ünvanlasaq da, hələ də heç bir cavab verilmir. Bu o deməkdir ki, fevral ayından sosial yardımsız qalan bu ailələri hələ də kimsə düşünmür.

Məlumat üçün bildirək ki, bu ailələr arasında Qarabag Müharibəsi Veteranları, ailəsində xəstə və əlil, 2-3 azyaşlı uşaqlı ailələr çoxluq təşkil edir.

Təssüflər olsun ki, karantin müddəti başlayandan bu ailələrə nə Neftçala rayon rəhbərliyi, nə rayon sosial müdafiə şöbəsi, nə nə başqa bir şəsx yardım etməyib.

Ümumiyyətlə, karantin dövründə Neftçalada yaşayan aztəminatlı ailələrə yardım edilməyib. Yardım yalnız həmişə olduğu kimi, ahıl və tək yaşayan insanlara edilib ki, bu məsələdə də hələ qaranlıq suallar hökm sürür.

Mövzu ətrafında geniş araşdırmalarımız davam edir!


Daha çox xəbər

Şərh yaz