Axtarış...

Emin iki dəfə koronavirus testindən keçib

Xalq artisti Emin Ağalarov növbti dəfə Rusiyanın birinci kanalında yayımlanan "Вечерний Ургант" şousunun qonağı olub.

Axşam.az xəbər verir ki, müğənni iyulda Azərbaycanda beşincisi keçirilməsi planlaşdırılan "Jara" beynəlxalq musiqi festivalından danışıb.

Emin təşkilatçılarından biri olduğu musiqili gecənin baş tutub-tutmayacağı ilə bağlı sualları cavablandırıb. O bildirib ki, festivala hazırlıqlar davam edir. Koronavirus pandemiyasına görə bağlanan sərhədlər açıldığı halda tədbir adi qaydada keçiriləcək.

Əgər pandemiya həmin vaxta kimi bitməsə, "Jara" tamaşaçısız keçiriləcək. Emin digər bir versiyanı da açıqlayıb. Müğənni sərhədlərin açılmadığı halda "Jara"nın Moskvada konsert zallarından birində keçiriləcəyi, daha sonra efirə veriləcəyini deyib.

Ağalarov eyni zamanda koronavirus testindən iki dəfə keçdiyini bildirib: biri Bakıda, digəri Moskvada. Emin pandemiyanın onun biznesinə təsirindən söz açıb:

"Heç bir şirkət işləmir: 30 restoran, 4 alış-veriş mərkəzi, 2 konsert zalı və digərləri. Pozitiv əhvalımızı pozmamağa çalışırıq. Əgər dövlətdən dəstək ala bilməsək, payıza qədər ayaqüstə dayana bilməyəcəyik. Hazırda ən önəmlisi əmək haqqı fondudur. Çalışırıq maaşları ödəyək".

Qeyd edək ki, tədbirin iyulun 29-dan avqustun 2-nə kimi keçirilməsi planlaşdırılıb.



Şərh yaz