Axtarış...

Şəmkirdə direktor qəzaya düşdü: ölənlər var



Şəmkirdə VAZ markalı avtomobil yük maşını ilə toqquşub.

Millitv.az Report-a istinadən xəbər verir ki, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Sabirkənd kəndindən keçən hissəsində qeydə alınıb.

Qəza zamanı VAZ zərbənin gücündən yoldan çıxaraq aşıb. İlkin məlumata görə, hadisə zamanı 2 nəfər ölüb. Onlardan biri Şəmkir rayonu, Dəllər qəsəbəsi Z.Abbasov adına tam orta məktəbin direktoru Vəliyev Eyvaz Nurqələm oğludur. O, avtomobilə sərnişin qismində əyləşib.

Hadisə zamanı habelə daha bir nəfər - Xaqani (soyadı dəqiqləşdirilir - red) adlı şəxs ölüb.

Faktla bağlı araşdırma aparılır.



Şərh yaz