Axtarış...

"Azərbaycanda çempionat mayın sonlarından tez bərpa edilməyəcək"


“Həmişə Kiyevlə əlaqə saxlayıram. Ona görə deyə bilərəm ki, Bakıda karantin qaydaları daha sərtdir”.

Qol.az xəbər verir ki, bu sözləri “Səbail”in ukraynalı qapıçısı Aleksandr Rıbka ölkəsinin “Zbirna” nəşrinə müsahibəsində deyib.

O, ölkəmizdə koronavirusla mübarizədən, karantin rejimi qaydalarında danışıb: “Evimizin həyətində mağaza var, ora problemsiz gedə bilirəm. Bazara getmək lazımdırsa, icazə almaq üçün xüsusi nömrəyə sms göndərməlisən. Artıq bunu iki dəfə etmişəm.

Dostlarım mənə şəhərdə postların olduğunu deyib. Bəzən maşınları saxlayaraq, yaşayış yerini tərk etmək barədə sms-in olub-olmadığını yoxlaya bilərlər. Buna görə sms göndərmək sonradan problemlərlə üzləşməkdən daha yaxşıdır.

Mağazaya gedərkən tibbi maskadan və əlcəkdən istifadə vacibdir. Karantin başlayanda gəzmək, basketbol oynamaq mümkün idi. İndi isə bütün yerlər hasarlanıb, qadağa qoyulub”.

Rıbka Azərbaycanda koronarisusa yoluxan xəstənin az olduğunu bildirib: “Statistikaya inanmıram, bu, hər ölkəyə aiddir. Azərbaycanda çoxlu sayda xəstə yoxdur, dövlət virusun yayılmaması üçün bütün tədbirləri səmərəli şəkildə həyata keçirir".

Qolkiper Azərbaycanı tərk edə bilməməsinin səbəbini də açıqlayıb: "3-4 günlük vaxt var idi. Amma mən klubumla əlaqədə olduqda dedilər ki, çempionat tezliklə bərpa oluna bilər və ya ən azı məşqlər etməyimiz mümkündür. Ona görə də qalası oldum. Amma başqa ölkədə qalan ukraynalı legioner təkcə mən deyiləm. Türkiyə və Ukraynada qalan həmyerlilərim də var".

Rıbka “Çempionatı davam etdirmək mümkün olacaqmı” sualını belə cavablandırıb: “Bizim cəmi 8 oyunumuz qalıb. Fikrimcə, çempionat bərpa edilsə, bu, mayın sonu və ya iyunun əvvəlindən tez olmayacaq. UEFA çempionatı sona çatdırmadan çempion və mükafatçıları təyin edən ölkələrin Avropa yarışlarında yerlərini itirə biləcəyini açıqladı. “Qarabağ”, “Neftçi” kimi klublar üçün avrokubokda iştirak etmək yaxşı maddi köməkdir. Buna görə də, buradakı hər kəs çempionatın bərpasında və oynanılmasında maraqlıdır”.



Şərh yaz