Axtarış...

Ağdam İcra Hakimiyyətinin yardım hiyləsi ÜZƏ ÇIXDI

Ağdam İcra Hakimiyyətinin yardım hiyləsi ÜZƏ ÇIXDI


Koronavirus pandemiyasi ilə əlaqədar olaraq ölkə ərazisində imkansız ailələrə yardım kompaniyası geniş vüsət alıb

Gördüyünüz bu biabrçı şəkillər isə Ağdam rayonunda yaşayan gənc tərəfindən çəkilərək Facebook sosial şəbəkəsində paylaşılıb. Belə ki, həmin gənc rayon icra hakimiyyətinə yardımla bağlı müraciət edib. Onun müraciəti əsasında ailəyə rayon icra hakimiyyəti başçısının birinci müavini Allahverən Əliyev ərzaq yardımı göndərib. İşin maraqlı tərəfi ondan ibarətdir ki ailəyə verilən yardım qutusunun içərisindən millət vəkili Ağalar Vəliyevə məxsus məktub tapılıb. Məktubda milli məclisin deputatı xalqı qurban bayramı münasibəti ilə təbrik edib.

Araşdırma zamanı məlum olub ki deputat Ağalar Vəliyevin Qurban bayramı zamanı rayona göndərdiyi yardım qutuları icra hakimiyyəti tərəfindən gizlədilərək xalqa paylanmayıb.

Sözügedən faktla bağlı əlavə yazı təqdim ediləcək.

Rubrika.Az



Daha çox xəbər

Şərh yaz