Axtarış...

Bayraq haqqında elmi iş oğurlanıb - QALMAQAL

Bayraq haqqında elmi iş oğurlanıb - QALMAQAL

Bayraq haqqında elmi iş oğurlanıb

"Qəsr” Mədəni İrsi və Tarixi Abidələri Qoruyaq İctimai Birliyi qurumun İdarə Heyətinin üzvü, İB-nin sədrinin birinci müa­vi­ni, bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovla bağlı qəzetimizə açıqlama verib.

Açıqlamaya görə, "QƏSR" Mə­də­ni İr­si və Ta­ri­xi Abi­də­lə­ri Qo­ru­yaq İc­ti­mai Bir­li­yi­nin İdarə Heyətinin üzvü, İB-nin sədrinin birinci müa­vi­ni, bay­raq­şü­nas­lıq və he­ral­di­ka üz­rə mü­tə­xəs­sis, tarix üzrə fəlsəfə doktoru Pərvin Gözəlovun 2006-cı ildən yazdığı və 2008-ci ildə hazır olan "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” dissertasiyasının nəticəsi olan monoqrafiyası 2010-cu ildə nəşr olunub. Azərbaycan tarixşunaslığında ilk dəfə olaraq Azərbaycan xanlıqlarınının bayraqları P.Gözəlov tərəfindən öz monoqrafiyasında elmi tədqiqata cəlb edilib. Koməkçi tarixi fənn olan "Bayraqşunaslıq” elmini tədqiq edərkən orta əsr miniatürlərını, yazılı və təsviri mənbələri, terminləri ölkənin tarixşunaslığınada ilk dəfə məhz onun tərəfindən elmi dövriyyəyə salınıb.

"Qəsr”in rəhbəri Fəxrəddin Gözəlovun sözlərinə görə, müəllifin "Azərbaycan xanlıqlarının bayraqları dövləçilik tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində) adlı elmi monoqrafiyası Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən 2011-ci il martın 31-də qeydə alınaraq, "Əsərin Qeydiyyatı Haqqında” 04/C-5476-11 qeydiyyat nömrəli Şəhadətnamə alıb. Amma müəllifin zəhməti mənimsənilib: "Sözügedən elmi əsər AMEA Milli Azərbaycan Tarixi Muzeyi-nin Elmi Şurasında təsdiq edilərək Bakı Dövlət Universitetində "Azərbaycanın qədim və orta əsrlər tarixi” kafedrasında müzakirə edilib və 2010-cu il mayın 5-də P.Gözəlov tərəfindən müdafiə olunub. Elə həmin ildə də AMEA Azərbaycan Tarixi Muzeyinin Elmi Şurası onun "Azərbaycan xanlıqlarının bayraqları dövləçilik tarixinin öyrənilməsində mənbə kimi” (rus dilində) adlı monoqrafiyasını rəylər əsasında capa məsləhət görüb. Amma Pərvin Gözəlovun elmi tədqiqatlarının əsas hissələri və fikirləri elmi rəhbəri və monoqrafiyanın elmi redaktoru Səbuhi Əhmədov və qohumu Vuqar Məmmədov tərəfindən köçürülərək 2010-cu ildə "Azərbaycan Respublikasının Dövlət Bayrağı” kitabı kimi nəşr edilib. 9-cu səhifəsindən 103-cü səhifəsinədək hissə-hissə köçürülən kitab Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin hüquq müəllifliyi və maliyyə dəstəyi ilə çap olunub”.

Açıqlamada o da qeyd edilir ki, "Qəsr” məsələ ilə bağlı Dövlət Neft Şirkətinə sorğu göndərib: "Müraciətimizlə bağlı ARDNŞ-nin vise-prezidenti canab Mikayıl İsmayılov tərəfindən imzalanmış (181000021630490075X00005 nömrəli) cavab məktubu göndərilib. Məktubda bildirilir ki, "Azərbaycan Respublikasının Dövlət Bayrağı” kitabının maliyyələşdirilməsində SOCAR iştirak etməyib və həmin kitab üzərində müəlliflik hüququnun SOCAR-a məxsus olması məlumatı həqiqətə uyğun deyil. Lakin sonradan AR Muəllif Hüquqları Agentliyinin şifahi sorğusuna cavab olaraq ARDNŞ-nin vitse-prezidenti cənab M.İsmayılov (181000021630910849X0008 nömrəli) cavab məktubu göndərib. Məktubda bildirilib ki, "SOCAR-ın Sosial İnkişaf İdarəsi ilə "AVEA BASIM YAY.SAN. və TİC.LTD.STİ” şirkəti arasında, 1000 ədəd "Azərbaycan Bayrağı” adlı kitabın nəşr etdirilməsi üçün 20250.00 ABŞ dolları məbləğində "Podrat muqavilə”-si bağlanıb. Muqaviləsinin şərtlərinə uyğun olaraq həmin məbləğ "AVEA BASIM YAY.SAN. və TİC.LTD.STİ” şirkətinə ödənilib. SOCAR-ın Sİİ idarəsi tərəfindən 1000 ədəd "Azərbaycan Respublikası Dövlət Bayrağı” adlı kitab 08.07. 2010-cu il tarixli 917296 saylı yük gömrük bəyannaməsinə əsasən rəsmləşdirilb və Sİİ-nin anbarına mədaxil olunması bildirilib”.

İctimai Birliyin açıqlamasında o da bildirirlir ki, sözügedən məktubda həmin kitabın adının müəlliflərin istəyi ilə "Azərbaycan Respublikasının Dövlət Bayrağı” adı ilə qeyd olunub: " Kitab 2010-ci ilin sentyabrın 1-də Dövlət Bayrağının rəsmi açılış mərasimində iştirak edən qonaqlara təqdim olunub. Məktuba əlavə olunan 917296 №-li, 08.07.2010-ci il tarixli kömrük bəyannaməsindən görünür ki, ölkəyə gətirilən kitabın adı "Azərbaycan Bayrağı” kitabı, SOCAR-ın Sİİ-nin anbarına mədaxil olunan kitabın adı isə "Azərbaycan Respublikasının Dövlət Bayrağı”dır”.

Açıqlamada o da qeyd edilib ki, sözügedən məsələ ilə bağlı Dənizkanarı Bulvar İdarəsi də AR Müəllif Hüquqları Agentliyinə məktub ünvanlayıb: "22 yanvar 2018-ci il tarixli, 01-18/016 saylı məktubda bildirilir ki, Dövlət Bayrağı Meydanının açılış mərasimində "Azərbaycan Respublikasının Dövlət Bayrağı” kitabının qonaqlara paylanmasını təsdiq edən heç bir rəsmi sənədin mövcüd olmayıb. Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı səfirliyində 2009-2013-cu illərdə işləyən zaman, adı müəllif kimi geyd olunan Səbuhi Əhmədovun AR Müəllif Hüququqları Agentliyinə ünvanlandırdığı 18.12.2017-ci tarixli ərizəsinda (əl yazısı ilə) bildirilir ki, "Azərbaycan Dövlət Bayrağı” kitabı çapa hazırlanan zaman ona "Azərbaycan Respublikasının Dövlət Bayrağı” adı verilmişdi. Daha sonra kitab Azərbaycan Respublikası Prezident Administrasiyasının marağına səbəb olub və 2010-cu ildə Bakıda Bayraq Meydanının açılışı ərəfəsində çap olunub. Çapa hazırlanma, nəşr məsələsi, sonrakı yayım AR Prezidenti Administasiyası tərəfindən həyata keçirilib. Amma sənədlərdən belə məlum olur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən göndərilən məktublardakı faktlar əldə olunan rəsmi sənədlərə uyğun gəlmir”.

Açıqlamaya görə, Pərvin Gözəlov Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin əyani aspiranturasına 2006-cı ildə qəbul olub və "Azərbaycan xanlıqlarının bayraqları dövlətçilik tarixinin öyrənilməsində mənbə kimi” adlı aspirant mövzusu təsdiq edilib. Dissertasiya mövzusu 2008-ci ilin ortasında hazır olunaraq, Milli Azərbaycan Tarixi Muzeyində 2008-ci ilin dekabr ayında birinci, 2009-cu ilin aprel ayında isə ikinci dəfə muzeyin direktoru akademik Nailə Vəlixanlının iştirakı ilə muzakirə edilərək, muzeyin rəhbərliyi tərəfindən müşahidə məktubu ilə müdafiyə şurasına göndərilib.

Adı qeyd edilən "Azərbaycan xanlıqlarının bayraqları dövləçilik tarixinin öyrənilməsində mənbə kimi” tarix üzrə fəlsəfə doktoru, aspirantura dissertasiya işi 2010-cu il may-n 5-də Tarix İnstitutunda Pərvin Gözəlov tərəfindən uğurla müdafiyə edilib.

İctimai Birlikdən verilən məlumatda o da qeyd edilir ki, "QƏSR" Pərvin Gözəlov Azərbaycan dövlətçilik tarixinin şərəfli səhifələri olan Naxçıvan xanlığına məxsus dövlət, iki rəngli döyüş və müttəfiq bayraqlarını xarici dövlət arxivlərində tədqiq edib onu Azərbaycan tarixşunaslığında ilk dəfə elmi dövriyyəyə salıb. P.Gözəlov tərəfindən aşkar olunmuş Azərbaycanın tarixi dövlətçilik atributları olan "Naxçıvan xanlığına məxsus üç bayraq” kitabı 2015-2016-cı illərdə çap olunub və geniş elmi ictimayyiətə təqdim olunub.

Qeyd: sözügedən məsələ ilə bağlı tarix üzrə fəlsəfə doktoru Səbuhi Əhmədovla gün ərzində bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, onun işdə olmadığını dedilər. Həm S.Əhmədovun, həm də digər adıçəkilən şəxslərin və qurumların mövqeyini dinləməyə hazırıq.

Hurriyyet.org





Şərh yaz