Axtarış...

Karantin qaydalarını pozan “Sabah Residence”-lə sakinlər qarşı-qarşıya - QALMAQAL



Paytaxt ərazisində fəaliyyət göstərən bəzi tikinti şirkətləri ölkədə koronavirus pandemiyası ilə mübarizə çərçivəsində Nazirlər Kabineti tərəfindən təsdiq olunan qaydalara riayət etmir.

Buna misal olaraq, Bakının Səbail rayonu Bayıl qəsəbəsi ərazisində “Sabah Residence” tərəfindən aparılan tikintini göstərmək olar.

Məsələ ilə bağlı yaxınlıqda yaşayan sakinlərdən biri redaksiyamıza müraciət edib. Müraciətdə iddia olunur ki, ölkə ərazisində xüsusi karantin rejimi tətbiq olunmasına baxmayaraq, tikinti şirkətləri bəzi qaydalara riayət etmir:

“Tikintidə işçilər maskasız və əlcəksiz çalışırlar. Məsələ ilə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, cavab ala bilməmişik”.

Oxu.Az-ın əməkdaşı Səbail Rayon İcra Hakimiyyəti (İH) ilə əlaqə saxlayıb.

İH-dən bildiriblər ki, sözügedən məsələ ilə bağlı iddialar həqiqəti əks etdirmir:

“Məsələdən xəbərdarıq. Səbail rayonu, Bayıl yaşayış massivi, Əlibəyov qardaşları 10 ünvanında yerləşən binanın sakinlərinin müraciəti nəzərə alınıb. Ərazidə tikinti aparan şirkətin rəhbəri ilə əlaqə saxlanılıb. Müraciət əsasında Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov sözügedən ünvanda tikinti işləri aparılan ərazidə olub.

Ziya Yusifzadə və Əlibəyov qardaşları küçələrini birləşdirən, çoxmənzilli yaşayış kompleksinin tikildiyi əraziyə icra hakimiyyətinin və “Sabah Residence” şirkətinin rəhbər nümayəndələrinin iştirakı ilə baxış keçirilib. Baxış zamanı həm tikinti normaları, həm də Nazirlər Kabineti yanında operativ qərargah tərəfindən müəyyən olunan tələblər baxımından hər hansı bir nöqsan aşkar edilməyib”.

https://baku.tv/az/cemiyyet/16362/




Daha çox xəbər

Şərh yaz