Axtarış...

Sabah hava necə olacaq? - PROQNOZ



Azərbaycanda mart ayının son gününə olan hava proqnozu açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, martın 31-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Lakin gecə və səhər bəzi yerlərdə yağış yağacağı, duman olacağı ehtimalı var. Mülayim şimal küləyi əsəcək.

Havanın temperaturu Abşeron yarımadasında gecə 6-10, gündüz 14-19, Bakıda gecə 7-9 , gündüz 17-19 dərəcə isti olacaq.

Atmosfer təzyiqi 755 mm civə sütunundan 761 mm civə sütununa yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq.

Martın 31-də Azərbaycanın rayonlarında arabir yağış, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava əsasən yağmursuz keçəcək. Gecə və səhər saatlarında duman olacaq, qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 3-8 dərəcə isti olacaq.



Şərh yaz