Axtarış...

Azərbaycan araq istehsalını artırdı



2020-ci ilin yanvar-fevral ayları ərzində Azərbaycanda araq istehsalı 2019-cu ilin müvafiq aylarına nisbətən 5,2 dəfə artaraq 1 368,8 min dekalitr təşkil edib.

"APA-Economics"in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin yanvar-fevral aylarında ölkədə 59,2 min dekalitr likör istehsal edilib ki, bu da ötən ilin müvafiq aylarına nisbətdə 42% artım deməkdir.

Hesabat dövründə 456,5 min dekalitr pivə və 43,9 min dekalitr üzüm şərabı istehsal olunub ki, bu da 2019-cu ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq, 33,2% çoxdur və 45,1% azdır.

Bundan əlavə, bu ilin ilk iki ayında 2 355,5 min dekalitr alkoqolsuz içkilər istehsal olunub ki, bu da illik müqayisədə 3,2% azalma deməkdir.



Şərh yaz