Axtarış...

İtaliyanın koronavirusa yoluxan ən bahalı futbolçusu xəstəliyindən danışdı



"Yuventus"un koronavirusa yoluxmuş futbolçusu Paulo Dibala xəstəliyinin ağır gedişatı barədə məlumat verib. O, bununla bağlı “Football Italia” saytına danışıb.

Dibala bəyan edib ki, simptomlar özünü çox ciddi şəkildə göstərib:

“Çətinliklə nəfəs alırdım, cəmi beş dəqiqədən sonra artıq heç nə edə bilmirdim. Əzələlərim ağrıyırdı”.

O, hazırda özünü yaxşı hiss etdiyini vurğulayıb.


Qeyd edək ki, “Transfermarkt” portalının versiyasına görə, argentinalı oyunçu İtaliya çempionatının ən bahalı futbolçusu sayılır. Onun bazar qiyməti 90 milyon avro səviyyəsindədir. Cari mövsümdə hücumçu 34 oyuna çıxıb, 13 qol vurub.



Şərh yaz