Bakıda 21 yaşlı oğlan bıçaqlanıb

Bakıda 21 yaşlı oğlan bıçaqlanıb



Hadisəni törədənin şəxsiyyəti müəyyələşib.

Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib.

MİLLİTV.az-ın Report-a istinadən verdiyi xəbərinə görə, rayonun Biləcəri qəsəbəsində naməlum şəxs qəsəbə sakini, 1995-ci il təvəllüdlü Murad Hacıyevin qarın nahiyəsinə bıçaqla xəsarət yetirib.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Araşdırmalar zamanı M.Hacıyevi bıçaqlayan şəxsin kimliyi müəyyənləşdirilib.

Məlum olub ki, bu, Naxçıvan şəhər sakini, 1967-ci il təvəllüdlü Ülfət Hüseynovdur. Onun tutulması üçün əməliyyat tədbirləri keçirilir.

MİLLİTV.az
Oxşar xəbərlər
«    Yanvar 2018    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Mədəniyyət