Axtarış...

Qarabağda müharibə başlayacaq? - TƏHLİL



“ATƏT-in Minsk Qrupu həmsədrlərinin son bəyanatı tərəflərə xəbərdarlıq mahiyyəti daşıyır. Bəyanatda belə bir hissə var: “Koronavirusla bağlı ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi tərəfindən aparılan monitorinqlərin dayandırılmasını nəzərə alaraq ATƏT-in Minsk Qrupunun həmsədrləri tərəfləri atəşkəs rejiminə ciddi şəkildə əməl etməyə və bu müddətdə gərginliyi artıra biləcək hər hansı təxribatçı hərəkətdən çəkinmək öhdəliyinə bir daha sadiq qalmağa çağırır. Beynəlxalq səyahətlərə tətbiq olunan ciddi məhdudiyyətlərə baxmayaraq, həmsədrlər vasitəçilik səylərini fasiləsiz şəkildə davam etdirəcək, bir-biri ilə və tərəflərlə sıx əlaqədə olacaqlar”. Həmsədrlər bu bəyanatla demək istəyirlər ki, gözümüz üzərinizdədir”.

Cebhe.info xəbər verir ki, bunu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

E.Şahinoğlunun sözlərinə görə, Minsk Qrupu tərəfləri beynəlxalq aləmin başının virusla mübarizəyə qarışıdığı, o cümlədən vasitəçilərin bölgəyə gəlişlərinin mümkünsüzlüyü nəzərə alınaraq atəşkəsə riayət edilməsinin vacibliyini çatdırır:

“Əslində həmsədrlər daha çox Ermənistana görə narahatdırlar. Ermənistan tam blokadadır. Azərbaycan və Türkiyə ilə sərhədi onilliklərdir qapalı olan Ermənistanın İran və Gürcüstan üzərindən Rusiya ilə də giriş-çıxışı bağlanıb, üstəgəl işğalçı ölkədə virusa yoluxanların sayı artıb. Belə şəraitdə həmasədrlər qorxurlar ki, Azərbaycan ordusu münbit şəraitdən istifadə edərək hərəkətə keçə bilər. Həqiqətən Azərbaycanda mövcud şəraitdən istifadə edilməsini söyləyənlər var. Problem ondadır ki, Azərbaycanın özü də diqqəti virusla mübarizəyə yönəldib. Orduya hücum əmri verilərsə, dövlət və cəmiyyət həm müharibəyə köklənməli, həm də virusla mübarizə tədbirlərini davam etdirməlidir. Bu ikisini eyni zamanda diqqətdə saxlamaq çətindir. Ona görə də həmsədrlərin qorxusuna baxmayaraq, indiki şəraitdə müharibə ehtimalı yüksək deyil. Buna baxmayaraq, Ermənistan ağır şəraitində belə təmas xəttində təxribata əl atarsa, virusu nəzərə alınmadan işğalçı cəzalandırılmalıdır. Başqa bir təxribat Dağlıq Qarabağda martın 31-də separatçıların keçirəcəyi “prezident seçkisi”dir.


Daha çox xəbər

Şərh yaz