"Mərcan" toyuqları belə fırıldaq gəlir... - Çəkisi süni şəkildə artırılır

"Mərcan" toyuqları belə fırıldaq gəlir... - Çəkisi süni şəkildə artırılırMüşahidələr göstərir ki, ölkədə karantin vəziyyətinin elan edilməsi konkret olaraq insanların daha çox marketlərdən ərzaq almasına səbəb olub. Təbii ki, Novruz bayramı ilə əlaqədar da əhalinin marketlərə axını daha da artıb. Bir sözlə, hazırda marketlərdə şıdırğı alver gedir ki, deyəsən, bəzi şirkətlər bu fürsətdən maksimum yararlanmağa çalışırlar.

"vetenxeber.com" xəbər verir ki, söhbət "Mərcan” toyuqlarının istehsalı ilə məşğul olan şirkətdən gedir. Həmin toyuqları alaraq doğrayan alıcı onun içərisində böyük bir buz parçasının olduğunu görüb. Alıcı toyuğun çəkisini artırmaq məqsədilə içinə su vurulduğunu iddia edir.

Xatırladaq ki, bundan öncə də sosial şəbəkələrdə dəfələrlə broyler toyuqlarının iynə ilə su vurulub şişirdildiyi göstərilən videolar paylaşılıb.

Mövzu ilə bağlı şirkətin mövqeyini də dərc etməyə hazırıq.

"vetenxeber.com"
Oxşar xəbərlər
«    Апрель 2020    »
ПнВтСрЧтПтСбВс
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
Mədəniyyət