Axtarış...

Prezident saytlarla bağlı qanunu təsdiq etdi



Prezident İlham Əliyev “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Qanuna dəyişiklikləri təsdiq edib.

Modern.az xəbər verir ki, qanuna əsasən, informasiya-telekommunikasiya şəbəkəsinin istifadəçiləri insanların həyat və sağlamlığına zərər vurulması, əhəmiyyətli əmlak ziyanının törədilməsi, ictimai təhlükəsizliyin kütləvi şəkildə pozulması, həyat təminatı obyektlərinin, maliyyə, nəqliyyat, rabitə, sənaye, energetika və sosial infrastruktur obyektlərinin fəaliyyətinin pozulması və ya başqa ictimai təhlükəli nəticələrin baş verməsi təhdidini törədən yalan məlumatlar yaya bilməz.



Şərh yaz