Axtarış...

Tikinti şirkətinin biədəb reklamı ETİRAZ DOĞURDU: - “Ciddi cəza...”

Tikinti şirkətinin biədəb reklamı ETİRAZ DOĞURDU: - “Ciddi cəza...”


Hüquq müdafiəçisi, “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın Feysbuk hesabında yaydığı foto müzakirələrə səbəb olub.

Görüntüdən aydın olur ki, tikinti şirkətlərindən biri özünün reklam kampaniyasını həyata keçirmək üçün yarıçılpaq qadın fotosundan istifadə edib. Bu, Azərbaycan əxlaqına, mentalitetinə nə qədər uyğundur? Axı folklorumuzda belə, həmişə qadının cəmiyyətdəki rolu yüksək qiymətləndirilib. Bu foto zərif cins nümayəndələri üçün thqir deyilmi?!

Məsələyə dair münasibət öyrənmək üçün elə Mehriban Zeynalovanın özü ilə əlaqə saxladıq. O “Sherg.az”a bildirdi ki, bir çox şirkət mıhsulunu reklam etmək üçün bu cür biabırçı vasitəyə əl atır. Niyə?! Nə üçün?! Bir başqa fotodan istifadə etmək olmazmı?! Yaxşı, qadın fotosundan istifadə edirsinizsə, niyə bu qədər cazibədar olmasına xüsusi diqqət verilir?! Deməli, qadını vasitə kimi görənlər var”.

Hüquq müdafiəçisi bu çirkin əməlləri törədənlərə qarşı ciddi tədbirlərin görülməsinə ehtiyac olduğunu deyib:

“Əvvəla, ictimai qınaq olmalıdır. İkincisi, Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi bir neçə şirkətlə görüş keçirib, bu məsələni müzakirə etməlidir. Düşürəm ki, sözügedən problemlə bağlı Milli Məclisdə də məsələ qaldırılmalıdır. Bu əməldə cinayət tərkibi yoxdur. Amma qadını vasitə kimi görənlərə qarşı ciddi miqdarda pul cəzası tətbiq edilməlidir”.


Daha çox xəbər

Şərh yaz