Axtarış...

Bankların xoşlamadığı sual: Kreditlərə güzəşt tətbiq ediləcək? - GƏLİŞMƏ

Ötən ilin sonunda Çinin Uhan şəhərində yayılmağa başlamış, daha sonra isə milli sərhədləri aşaraq qlobal xarakter daşıyan - dünyanın 170-ə qədər ölkəsini cənginə almış yeni növ koronavirus - COVID-19 ilə mübarizə tədbirlərinin gücləndirilməsi bütövlükdə bəşəriyyət üçün çox mühüm önəm kəsb edir.

Qeyd edək ki, Azərbaycanda da koronavirusla bağlı bir çox sahələrdə güzəştlərin tətbiq olunması məsələsi müzakirə olunur. Belə ki, Milli Məclisin son plenar iclasında kreditlərə güzəştlərin tətbiq edilməsi məsələsi gündəmə gəldi.

Koronavirusa görə müxtəlif sahələrdə məhdudiyyətlərin tətbiq olunması, iş yerlərinin bağlanması ilə bağlı kredit ödənişlərində gecikmələrin olacağını nəzərə alaraq bir çox ekspertlər bu məsələyə dəstək verdilər.

Maraqlıdır, banklar kredit ödənişlərində güzəşt edəcəklərmi?

“Unibank”ın marketinq şöbəsindən Cebhe.info-nun məsələ ilə bağlı sorğusuna cavab olaraq bildirib ki, bununla bağlı hələlik rəsmi məlumat təqdim olunmayıb.

“Kapital” Bankdan isə bildirilib ki, hələ ki rəsmi məlumat yoxdur, yenilik olsa, xəbər veriləcək.

“TuranBank”dan da bu halla bağlı güzəştlər nəzərdə tutulmadığını vurğulanıb.


Daha çox xəbər

Şərh yaz