Axtarış...

Masallıda müəmmalı mənzərə... - Nə baş verir?..

Masallıda müəmmalı mənzərə... - Nə baş verir?..

Məlumat verdiyimiz kimi fevral ayının 28-dən 29-na keçən gecə Terrorizmə və Banditizmə Qarşı Mübarizə təşkilatı Masallıda qəfil reyd keçirib, DSMF-nin Masallı şöbəsinin məsul işçisi Mətləb Məmmədov, onun qardaşı və qaynından külli miqdarda plastik kartlar müsadirə etmişdilər. Daha sonra məlum oldu ki, həmin şəxslər elə həmin gecə əməliyyatı keçirən qrup tərəfindən Bakıya aparılıb.

Bu barədə hazırladığımız yazıda olayın detalları ətraflı işıqlandırılmışdı. (Bu linkdə bax http://cenub.az/5496-masallda-dsmf-mliyyat.html-).

Bundan sonra daha maraqlı olaylar baş verdi. Hamı gözləyirdi ki, “kart əməliyyat”ı bu kənddəki digər “kart baronlarını” da əhatə eəcək. Lakin, daha qəribə məqamlar baş verdi. Belə ki, 2 gün sonra qəfil yaxalananlar heç nə olmamış kimi yenidən rayonda göründü. Mətləb Məmmədov hətta işə çıxıb fəaliyyətini davam etdirməyə başladı. Şayiələr, fərziyələr baş alıb getdi. Başı dərddə olan idarədə hər şeyin normal olduğunu vurğulayırdılar.

Növbəti şənbə günü, martın 7-də isə vəziyyət yenidən dəyişdi. Belə ki, Mətləb Məmmədov, qardaşı və qaynı yenidən saxlanılaraq Bakıya aparıldı. Hazırda məhkəmə qaydasında onlar haqqında 4 aylıq həbs-qəti imkan tədbiri seçildiyi bildirilir.

Məhz həmin gün adı şəkilən idarənin rəhbəri Rövşən Əliyevin ərizə verərək vəzifəsindəın azad olunduğu xəbəri yayıldı və bir neçə mənbədən təsdiqləndi. Məlumat üçün bildirək ki, Rövşən Əliyev bu vəzifəyə 4 ay öncə təyin olunmuşdu. Bundan əvvəl isə həmin təşkilatda müavin kimi çalışırdı.

Olayla bağlı hələ ki, rəsmi məlumat yoxdur. Ortada isə qulaq cingildədən söz-söhbətlər dolaşmaqdadır. Olayı diqqətdə saxlayırıq.

Hazırda rayonda Nadir Abiyevin boşalan 1-ci müavin postunu da nəzərə alsaq 2 mühüm kürsü boşdur. //cenub.az//



Şərh yaz